Ünsiyyət Bacarıqları Master Class
Ünsiyyət Bacarıqları Master Class
Effektiv ünsiyyət qurmağın, fikirlərinizi aydın və inamlı ifadə etməyin, düzgün dinləməyin və insanlarla daha sağlam münasibətlər yaratmağın yollarını kəşf edin.
Tarix və saat15.09.2026 15:00
Mitrasoft Ofis, Afiyəddin Cəlilov 20, BakıGoogle Maps-da aç ↗
Tədbirin günləri
15.09.202615:00
Tədbir haqqında
Ünsiyyət Bacarıqları Master Class
İnsanlarla düzgün ünsiyyət qurmaq, fikirlərimizi aydın ifadə etmək və qarşı tərəfdə müsbət təəssürat yaratmaq həm şəxsi, həm də peşəkar həyatda uğurun əsas komponentlərindən biridir.
“Ünsiyyət Bacarıqları Master Class” seminarında iştirakçılar effektiv ünsiyyətin əsas prinsiplərini öyrənəcək, müxtəlif situasiyalarda özlərini daha inamlı ifadə etməyin və qarşı tərəfi düzgün anlamağın praktik yollarını kəşf edəcəklər.
Seminar zamanı aşağıdakı mövzulara toxunulacaq:
Effektiv ünsiyyətin əsas prinsipləri
Düzgün və aktiv dinləmə bacarığı
Fikirləri aydın, inamlı və təsirli ifadə etmək
Bədən dili və qeyri-verbal ünsiyyət
Fərqli xarakter və düşüncə tərzinə malik insanlarla düzgün kommunikasiya
Çətin və gərgin situasiyalarda ünsiyyət
İşgüzar və gündəlik münasibətlərdə sağlam kommunikasiya qurmaq
Qarşı tərəfə təsir edən və yadda qalan nitq bacarıqları
Ünsiyyətdə ən çox yol verilən səhvlər və onların aradan qaldırılması
Master Class praktiki nümunələr, interaktiv çalışmalar və real situasiyalar üzərindən keçiriləcək. İştirakçılar yalnız nəzəri məlumat əldə etməklə kifayətlənməyəcək, öyrəndikləri bacarıqları seminar zamanı tətbiq etmək imkanı qazanacaqlar.
Seminarı Anar Cahangirli keçirəcək.
Bu Master Class daha inamlı danışmaq, daha yaxşı dinləmək, insanlarla daha rahat münasibət qurmaq və ünsiyyət bacarıqlarını növbəti səviyyəyə çatdırmaq istəyən hər kəs üçün nəzərdə tutulub.
A
Anar CahangirliTəşkilatçı